Məktəblilər arasında kütləvi zəhərlənmə   
08 iyun 2022 04:19 (UTC +04:00)

Məktəblilər arasında kütləvi zəhərlənmə  

Çilinin Kintero ştatındakı sənaye zonasında 80-dək insan kükürd qazından zəhərlənib.

Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, zəhərlənənlərdən 45-i məktəblidir. Bələdiyyə sədri bildirib ki, sənaye zonasının havasında kükürd qazının həcmi normadan 5 dəfə çoxdur.

Bu şəhərdə 1958-ci ildə sənaye zonası salındıqdan sonra ekoloji vəziyyət ağırlaşıb. Kiçik bir ərazidə 4 istilik elektrik stansiyası, bir neçə neftayırma zavodu və mis emalı müəssisəsi fəaliyyət göstərir. “Greenpeace” təşkilatı bu ərazini “Çilinin Çernobılı” adlandırır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar