Rusiya prezidenti Vladimir Putin Varonej şəhərindən olan məktəbli Yeqor Femonkonun arzusunu yerinə yetirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Femonko Putindən T-90 tankında əyləşib sürməyi xahiş edib.
Onun bu arzusu gerçəkləşdirilib. Məktəbli Alabino poliqonuna çağırılıb. Daha sonra o, tankda əyləşib, hərbçilərlə birgə sürüb. Sonda isə ona tank maketi və şlemafon(tankçı papağı) hədiyyə edilib.