Məktəbi partlatmaq istəyən şagirdin evindən cəbbəxana  tapıldı
12 may 2022 23:55 (UTC +04:00)

Məktəbi partlatmaq istəyən şagirdin evindən cəbbəxana tapıldı

1

Almaniya polisi 16 yaşlı yeniyetmənin planlaşdırdığı neofaşist hücumun qarşısını alıb. 

Lent.az-ın “Spiegel”ə istinadla xəbərinə görə, bu barədə Şimali Reyn Vestfaliya vilayətinin daxili işlər nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, 16 yaşlı şəxs təhsil aldığı məktəbdə terror aktı planlaşdırırdı. Polis neofaşist hücumun qarşısını alıb.
Psixi problemlərdən əziyyət çəkən məktəblinin evindən 16 əldəqayırma partlayıcı qurğu, faşist svastikası və müsəlmanlara nifrət təbliğ edən şüarlar götürülüb. Əməliyyatda 120 polis əməkdaşı iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1955

Oxşar yazılar