Məktəbdə torpaq sürüşməsi oldu,  3 uşaq öldü
15 iyul 2022 05:49 (UTC +04:00)

Məktəbdə torpaq sürüşməsi oldu, 3 uşaq öldü

Kolumbiyanın Antiokiya departamentində məktəbdə torpaq sürüşməsi nəticəsində 3 uşaq ölüb.

Lent.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Andes bələdiyyəsinin rəhbəri Karlos Alberto Osorio bildirib.

Torpaq sürüşməsinə yağan güclü yağışlar səbəb olub.

Dağıntılar altından 5 uşaq xilas edilib.

Onların müalicəsi xəstəxanada davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1463

Oxşar yazılar