“Sanksiyalar mif və uydurmadır. Onları Rusiyanın kursunu dəyişdirə bilmədikləri səbəbindən yaranan siyasi impotentlikdən tətbiq edirlər”.
Lent.az APA-ya istinadən xəbər verir ki, Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutan Dmitri Medvedev bildirib.
“İnanıram ki, bütün ağıllı insanlara aydındır ki, sanksiyalar mifdir, uydurmadır. Mən xaricdə geniş şəkildə reklam edilən bu hüquqların məhdudlaşdırılmasına dərindən laqeydəm. Daha sərt deyə bilərəm, amma çəkinəcəyəm. Mən Rusiya vətəndaşıyam. Bununla hər şey deyilib. Sanksiyalar məlum səbəbdən tətbiq olunur. Rusiyanın kursunu dəyişdirə bilməməkdan yaranan siyasi impotentlikdən” - deyə Medvedev “Vkontakte” sosial şəbəkəsindəki hesabında yazıb.