Mədəndə qəza 10 nəfərin  həyatına son qoydu
23 iyul 2022 20:22 (UTC +04:00)

Mədəndə qəza 10 nəfərin həyatına son qoydu

0

Çinin Qansu əyalətində çökən mədəndə xilasetmə işləri başa çatıb.  

APA-nın CCTV-yə istinadla xəbərinə görə, şaxtaçılar mədəndə hərəkət edərkən uçqun baş verib və 17 nəfər yerin altında qalıb. 

Xilasedicilər 10 nəfərin cəsədini dağıntılar altından çıxarıb. Qəzadan sağ çıxan 7 nəfərə yerində tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1537

Oxşar yazılar