American airlines
21 yanvar 2022 07:15 (UTC +04:00)

American airlines

Maskasız sərnişinə görə təyyarə geri qayıtdı

ABŞ-ın Mayami şəhərindən Londona uçan təyyarə maska taxmaqdan imtina edən sərnişinə görə geri qayıdıb.

Lent.az-ın xəbərinə “American airlines” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra maska taxmaqdan imtina edən qadın uçuş heyətini təhqir edib. Kapitan geri qayıdaraq Florida aeroportuna enib. Dava salan sərnişin polisə təhvil verilib.

ABŞ-ın Mülki Aviasiya qurumu 2021-ci ilin yanvarından bütün təyyarələrdə maskadan istifadəni məcburi edib. Bu səbəbdən vaxtaşırı olaraq sərnişinlərlə uçuş heyəti arasında insidentlər baş verir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar