Maskalı kişi futbol meydançasında 11 yaşlı uşağı öldürdü
18 avqust 2024 19:41 (UTC +04:00)

Maskalı kişi futbol meydançasında 11 yaşlı uşağı öldürdü

Bu gün səhər İspaniyanın Mosexon şəhərində maskalı kişi qəfil uşaqların oynadığı fotbol meydançasına daxil olub.

Lent.az-ın xəbərinə görə, bu barədə İspaniyanın RTVE Dövlət Telekanalı məlumat yayıb.

Maskalı naməlum şəxs meydançada 11 yaşlı uşağa bir neçə bıçaq zərbəsi endirib, daha sonra qaçıb. Təcili yardım briqadası hadisə yerinə gələndə artıq uşağın həyatını itirdiyi məlum olub.

Hazırda polis cinayətkarı axtarır.

Hadisənin motivi hələ məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar