Rusiyada axşam saatlarında Saratov vilayətində faciəvi qəza baş verib.
Lent.az "VEsti.ru" saytına istinadən xəbər verir ki, hadisəyə səbəb yolun kənarına çıxan heyvan olub.
Aralarında 34 yaşlı sürücü də daxil olmaqla 7 nəfərin olduğu "Lada Largus" markalı avtomobil ata çırpılıb.
Zərbədən sonra avtomobil yararsız hala çevrilib.
Sərnişinlərdən biri yerindəcə ölüb, sürücü və 5 nəfər yaralanıb.
Dörd zərərçəkən xəstəxanaya çatdırılıb, ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Hadisədə at da ölüb. Qəzanın səbəbləri müəyyənləşdirilir.