Təl-Əvivdə törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 6-sı yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə "Kan" radiostansiyası məlumat yayıb.
Məlumata görə, terrorçu bir neçə piyadanı vurduqdan sonra avtomobildən düşüb, daha bir nəfəri vurmağa cəhd edərkən polis əməkdaşı onu zərərsizləşdirib.
***
Saat 23:40
İsrailin paytaxtı Təl-Əvivdə bir nəfər avtomobili piyadaların üzərinə sürüb.
Lent.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 7 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Nazirlik hadisəni terror aktı kimi qiymətləndirib.
Sürücü saxlanılıb.