Avstraliyanın Qızıl Sahil şəhərinin sakini, 50 yaşlı Stiv Middlton alt paltarını geyinərək soyğunçuları qovub.
Lent.az xarici mediaya istinadla bildirir ki, dekabrın 26-da səhər oyanan Middlton pəncərədən baxıb görüb ki, kimsə onun maşınının qapısını açır. Onun sözlərinə görə, əvvəlcə həmin şəxsin qızının sevgilisi olduğunu düşünüb:
“Sonra gördüm ki, maşının o biri tərəfindən başqa adam peyda oldu. Sonra maşınımı qarət etmək istədiklərini düşündüm”.
Middleton tamamilə çılpaq olub. Ona görə də yalnız alt paltarı geyinib küçəyə qaçıb. O, qaçan cinayətkarları yaxalayıb və onlardan birinin köynəyindən yapışıb. Buna cavab olaraq, daha iki nəfər onu bıçaqla vurmağa cəhd edib. Həmin şəxs qeyd edib ki, dava zamanı o, yüngül bıçaq xəsarəti alıb. Onun səylərinə baxmayaraq, quldurlar qaça biliblər.