Mariupolda  210-u   uşaq olmaqla  5 min   insan  ölüb
28 mart 2022 23:29 (UTC +04:00)

Mariupolda 210-u uşaq olmaqla 5 min insan ölüb

0

Ukraynada müharibə başlayandan martın 27-nə qədər Mariupolda 5 minə yaxın insan ölüb.

Lent.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə şəhərin meri Vadim Boyçenko verib.

Onun sözlərinə görə ölənlərdən 210-u uşaqdır.

Onun sözlərinə görə, şəhər 27 gündür mühasirədədir.

Çoxmərtəbəli yaşayış binalarından 2340-ı zədələnib ki, bu da ümumi binaların 90 faizi edir. Onlardan 40 faizi isə tamamilə dağılıb.

Onun sözlərinə görə, 7 xəstəxanadan 3-ü tamam dağılıb. Müharibədə 3 doğum evi, 7 universitet, 57 məktəb, 70 uşaq bağçası zərər görüb.

Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.

“Hazırda 170 minə yaxın vətəndaş mühasirədədir, 30 min nəfər təxliyə edilib”, - deyə mer əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1983

Oxşar yazılar