Moldovanın dövlət aviaşirkəti “Air Moldova” maliyyə problemlərinə görə aprelin 21-dən 25-dək bütün reysləri təxirə salıb.
Lent.az xəbər verir ki, bu barədə TASS agentliyi aviadaşıyıcının mətbuat xidmətinə istinadən yazıb.
“Şirkətin fəaliyyəti üçün lazım olan maliyyə resurslarının olmaması səbəbindən 2023-cü il aprelin 21-dən aprelin 25-dək planlaşdırılan bütün uçuşları dayandırmaq məcburiyyətindəyik”, - deyə məlumatda bildirilir.
Daşıyıcının mətbuat xidməti qeyd edib ki, şirkət menecerlərinin “Air Moldova”nı böhrandan çıxarmaq üçün atdığı addımlar hələlik müsbət nəticə verməyib.