Mali ordusunun yeni əldə etdiyi Su-25 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın xəbərinə görə, faktı Mali Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib. Qəza zamanı rus pilotun öldüyünü bildirən Baş Qərargah hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Yerli KİV-lərin əldə etdiyi qəza videosunu təhlil edən hərbi ekspertlər isə qəzaya uğrayan təyyarənin Su-25 deyil, Albatros L-39 olduğunu iddia edirlər. keçmiş Çexoslovakiya istehsalı olan L-39 təyyarəsi təlim üçün nəzərdə tutulsa da, Afrika ölkələri ondan qırıcı kimi də istifadə edir. Bu təyyarələr rusiyanın avqustda Maliyə göndərdiyi hərbi avadanlıqlar arasında yer alır.