Maduroya sui-qəsdə görə 17 nəfər azadlıqdan məhrum edildi
04 avqust 2022 21:29 (UTC +04:00)

Maduroya sui-qəsdə görə 17 nəfər azadlıqdan məhrum edildi

Venesuela məhkəməsi 2018-ci ildə prezident Nikolas Maduroya qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı prosesə yekun vurub.

Lent.az Venesuela Xəbər Agentliyinə istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə 17 nəfər azadlıqdan məhrum edilib. Onlardan 12 nəfər maksimal həddə - 30 il müddətinə azadlıqdan məhrum ediliblər. onların arasında keçmiş deputat da var. Digər təqsirləndirilən şəxslərin həbs müddəti 5-24 il arası dəyişir. 

Qeyd edək ki, dövlət başçısına 4 avqust 2018-ci ildə milli bayram günü PUA-larla sui-qəsd təşkil edilib.  Maduro və ətrafındakı şəxslər hücumdan salamat çıxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar