Lvovda neft bazası  YANIR
27 mart 2022 01:31 (UTC +04:00)

Lvovda neft bazası YANIR

0

“Lvova növbəti raket hücumları nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib”.

Lent.az-ın unn.com.ua-ya istinadən verdiyi məlumata görə, bunu Lvov meri Andrey Sadovıy deyib.

“Lvova endirilən yeni raket zərbələri nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Yaşayış binalarına ziyan dəyməyib", - deyə Sadovyi “Telegram” kanalında yazıb.

O bildirib ki, yanğının söndürülməsi davam edir. Müvafiq xidmətlər yerindədir.

Lvovda partlayış səsləri eşidilməkdədir. Şəhərin bəzi ərazilərindən tüstü görünür. Beş nəfərin öldüyü bildirilir.

Sadovıy bildirib ki, Lvovun atəşə tutulması zamanı neft bazasında və zavodda yanğın başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2166

Oxşar yazılar