Belarus Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak edir, lakin öz ordusunu ora göndərmir.
Lent.az-ın Belarus mediasına istinadla xəbərinə görə, bu barədə respublika prezidenti Aleksandr Lukaşenko güc bloku ilə görüşündə bildirib.
“Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz ordumuzu heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq”, - dövlət başçısı bildirib.