London polisi 500-dən çox şəxsi  saxladı
12 aprel 2026 04:49 (UTC +04:00)

London polisi 500-dən çox şəxsi saxladı

0

Londonun mərkəzində Fələstin tərəfdarı olan “Palestine Action”u dəstəkləmək üçün təşkil olunan nümayişdə 500-dən çox insan saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə London polis idarəsi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları qadağan olunmuş təşkilatı dəstəklədiklərini bildirdikləri üçün 523 nəfəri həbs ediblər. Həbs olunanların yaşı 18 ilə 87 arasında olub. Polis əməkdaşları həbsləri davam etdirir və bir qrup etirazçının hazırda Trafalqar Meydanında olduğu bildirilir.

Qeyd edək ki, bu, İngiltərə və Uels Ali Məhkəməsinin 13 fevralda “Palestine Action”un qadağan edilməsinin qanunsuz olduğu barədə qərarından bəri ilk etirazdır. Böyük Britaniya hökuməti qərardan apelyasiya şikayəti verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar