Leysan yağışları Tbilisidə ciddi problemlər yaratdı
20 iyun 2023 03:24 (UTC +04:00)

Leysan yağışları Tbilisidə ciddi problemlər yaratdı

İyunun 19-da günün ikinci yarısında Gürcüstan ərazisində yağan güclü leysan yağışları bölgələrlə yanaşı, paytaxt Tbilisidə də ciddi problemlər yaradıb.

Lent.az xəbər verir ki, paytaxtın Diğomi yaşayış massivində magistral yolu su basıb. Sel nəticəsində avtomobillərin hərəkətində ciddi problemlər yaranıb.

Güclü külək paytaxtın bir neçə hissəsində ağacları kökündən qoparıb, bir neçə yerdə elektrik dirəkləri aşıb. Təbii fəlakətin digər fəsadları və şəhər infrastrukturuna dəyən ziyan barədə hələlik məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088
avatar

Oxşar yazılar