Leysan yağışları bir gündə 10 can aldı
12 yanvar 2022 05:16 (UTC +04:00)

Leysan yağışları bir gündə 10 can aldı

0

Braziliyanın Minas-Jerays ştatının cənub-şərqində son sutka ərzində yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə “UOL” portalı xilasedicilərə istinadən məlumat yayıb. 

Beləliklə, oktyabrın 1-dən regionda yağış mövsümü başlayandan təbii fəlakət qurbanlarının ümumi sayı 19-a çatıb.

3,5 minə yaxın insan evsiz qalıb, 14 minə yaxın insan təxliyə edilib. Güclü yağışlar, daşqınlar və sellər ştatda 112 magistral yolun bağlanmasına səbəb olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1296

Oxşar yazılar