Leysan yağışda 6 nəfər öldü
29 iyul 2022 07:11 (UTC +04:00)

Leysan yağışda 6 nəfər öldü

0

Pakistanda leysan yağışı zamanı damın uçması nəticəsində azı 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

Lent.az-ın məlumatına görə, bu barədə “ARY News” telekanalı məlumat yayıb.
Faciə gecə saatlarında Pəncab əyalətinin Sahival şəhəri yaxınlığındakı kənddə baş verib.

Ölən altı nəfərdən beşinin qadın olduğu bildirilir.

Bütün yaralılar xəstəxanaya çatdırılıb, polis və xilasedicilər hadisə yerindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1512

Oxşar yazılar