İtaliyalı rəssam Leonardo da Vinçinin yaratdığı ayı başının eskizi “Christie's” hərracında satılıb. Əsər hərracda 8,86 milyon funt-sterlinqə (12,2 milyon dollar) alınıb.
APA xəbər verir ki, bu barədə “Christie's” hərrac evinin “Twitter” səhifəsində bildirilib.
7x7 sm ölçülü eskiz gümüşü qələmlə çəhrayı-bej rəngli kağız üzərində təsvir olunub. Mütəxəssislərin fikrincə, Leonardo bu rəsmi 1480-ci illərin əvvəllərində, ehtimal ki, 1482-ci ildə Florensiyadan Milana köçməzdən əvvəl çəkib.