Kvadrat qarpız, şans gətirən qara pişik, qatarı yubadan intihar - TAMAŞA DÜNYA
19 mart 2021 19:02 (UTC +04:00)

Kvadrat qarpız, şans gətirən qara pişik, qatarı yubadan intihar - TAMAŞA DÜNYA

Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız mədəniyyət, gözəlliklər və təzadlar diyarı, “Gündoğan ölkə” Yaponiyaya həsr olunur.

Yaşı 100-ü keçmiş 50 mindən çox yapon var

1. 70 faizi dağlarla örtülü olan Yaponiyada 200-ə yaxın vulkan var. Burada hər il 1500-ə yaxın zəlzələ olur.

2. Yaponiyanı əbəs yerə uzunömürlülər ölkəsi adlandırmırlar. Burada yaşı 100-ü keçmiş 50 mindən çox insan yaşayır.

3. Yaponiyada ayların adları yoxdur. Onlar ayları sıralarına görə (3-cü ay, 5-ci ay və s.) adlandırırlar.

4. Yaponlar onların dilində sözlər deyə bilən turistlərə böyük hörmətlə yanaşırlar. Çünki başqa millətlərin yapon dilini öyrənməyini mümkünsüz hesab edirlər.

5. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz var. Vaxtilə kişilərin başlarını təraş etməsi də üzr istəmək üsullarından biri sayılıb.

Marçıldadaraq yemək tərif sayılır

6. “Chopstick”dən, yəni yemək çubuqlarından ildə 24 milyard cüt istehlak edirlər.

7. Yaponiyada yemək zamanı yeməyin dadından danışmalı, heç olmasa bir dəfə “dadlıdır” sözünü işlətməlisiniz. Əks təqdirdə, sizi mədəniyyətsiz hesab edəcəklər.

8. Yaponiyada artıq çəkidən əziyyət çəkən adama nadir hallarda rast gəlinir, çünki əksər yaponlar sağlam qidalanırlar.

9. Dünyanın bir çox yerində yeməyi marçıldatmaq mədəniyyətsizlik hesab olunsa da, Yaponiyada əksinədir. “Gündoğan ölkə”də marçıldadaraq yemək aşpaza tərif kimi qəbul edilir.

10. Yaponlar bir qədəh içəndən sonra üzləri və bədənləri qızardığında görə, spirtli içkidən az istifadə edirlər.

Ən bahalı meyvə hansıdır?

11. Digər ölkələrlə müqayisədə Yaponiyada ət və balıq ucuz, meyvə isə çox bahadır. Bu ölkədə ən bahalı meyvə yemiş sayılır.

12. Yaponiyada kvadrat qarpız yetişdirirlər. Bu forma giləmeyvələrin qablaşdırılması və daşınması prosesini xeyli asanlaşdırır.

13. Dünyadakı robotların yarısı bu ölkədədir. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi, robot mövzusunda da birincidir.

14. Yaponiyada istehsal olunan cib telefonlarının 90%-i su keçirməz olaraq hazırlanır. Çünki yaponlar, xüsusən də, gənclər duşa belə, mobil telefonla girirlər.

15. Yaponiyada qurulan ailələrin 30 faizini valideynlərin məsləhəti ilə evlənənlər təşkil edir.

Siqaretin külünü yerə tökmək olmaz!

16. Yaponiya dünyada qatarların gecikmədiyi yeganə ölkədir. Gecikmə tək halda - kimsə özünü qatarın altına atanda ola bilər.

17. Yaponiyada 20-44 yaş aralığındakı kişilərin əsas ölüm səbəbi intihardır.

18. Bu ölkədə hava limanı və dəmiryolu vağzalından başqa istənilən yerdə siqaret çəkməyə icazə verilir. Amma bir şərtlə: siqaretin külünü yerə tökmək olmaz! Bunu nəzərə alan siqaret çəkənlər özləri ilə külqabı götürürlər.

19. Yaponiyanın şimal şəhərlərində qar yağsa da, yerdə qar və buz olmur. Çünki asfaltlarda isitmə sistemi quraşdırıblar və qar yağan kimi həmin sistem işə düşür.

20. Bu ölkədə hər yerdə birinci kişilərə xidmət edirlər. Əgər mağazada və ya restoranda kişi və qadın varsa, birinci kişiyə yaxınlaşırlar.

“Yox” sözünü birbaşa demirlər

21. Yaponiya metrosunda pul kartınızı itirsəniz, onu mütləq sizə qaytaracaqlar. Yaponlar belə məsələlərə həssas yanaşırlar.

22. Yaponlar utancaq olduqları üçün ətrafdakı insanlara hisslərini açıq şəkildə büruzə verə bilmirlər. Onlar üçün "Səni sevirəm" kəlməsini dilə gətirmək qəhrəmanlıq hesab edilir.

23. Bu ölkədə hədiyyəni onu verənin yanında açmırlar, çünki bu, hörmətsizlik sayılır.

24. Əksər ölkələrdə qara pişiyin insanın önündən keçməsi uğursuzluq kimi qəbul edildiyi halda, yaponlar qara pişiyin şans gətirdiyinə inanırlar.

25. Yaponlar kiminsə xahişinə “yox” sözünü birbaşa demirlər. Bu zaman “Çətin məsələdir” və ya “Bu barədə fikirləşərəm” ifadələrini işlətməyi üstün tuturlar.

Çox işləməkdən ölənlər...

26. Yaponlar çox işləməyə - gün ərzində 15-18 saat fasiləsiz çalışmağa öyrəşiblər. Bu ölkədə "çox işləməkdən ölüm" diaqnozu ilə hər il 10 min insan həyatla vidalaşır.

27. Yaponlar iş saatının başlanmasına ən azı yarım saat qalmış ofisdə olurlar.

28. Onlar işdən heç zaman vaxtında çıxmırlar. İşçilər müdirin getməyini, ya da onlara “evə gedə bilərsiniz” deməklərini gözləyirlər. Müdirlər isə adətən iş vaxtından sonra 4-5 saat əlavə olaraq çalışırlar. Yaponiyada iş yerini iş vaxtı bitən kimi tərk edənlər satqın hesab olunur.

29. Yaponiyada iş yerində mürgüləmək normal hadisə kimi qəbul edilir. Çünki bunu çox işləməyin göstəricisi kimi qiymətləndirirlər.

30. Yaponiya məktəblərində sinifləri şagirdlər və müəllimlər təmizləyirlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3690
avatar

Rizvan Babayev

Oxşar yazılar