Moskvanın “Proletarskaya” metrostansiyası yaxınlığında atışma ilə müşayiət olunan kütləvi dava olub.
Lent.az-ın REN TV-yə istinadən verdiyi məlumata görə, kütləvi davada 15-dən çox adam iştirak edib.
Onlardan biri tapançanı çıxararaq rəqiblərinə atəş açıb.