Kürəkənini  baş nazirin müavini   təyin etdi
27 iyul 2023 17:11 (UTC +04:00)

Kürəkənini baş nazirin müavini təyin etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Vişxan Matsuevi respublika hökuməti baş nazirinin müavini - kənd təsərrüfatı naziri təyin edib, o, regionda əmlak və torpaq münasibətləri ilə məşğul olan şöbəyə rəhbərlik edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun Telegram kanalında məlumat verilib.

Matsuev Kadırovun kürəkənidir. O, qızı Ayşat Kadırova ilə evlidir. Sonuncu Çeçenistanda mədəniyyət naziri vəzifəsini tutur.

Siyasətə gəlməzdən əvvəl Matsuev Çeçenistanın miqrasiya idarəsinin xarici pasportların təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra o, Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə Miqrasiya İdarəsinə rəhbərlik edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Oxşar yazılar