Britaniyanın Ruşden şəhərində bir kişi ictimai yerdə cinsi əlaqədə olmaqda ittiham olunur.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə iyulun 11-də axşam saatlarında baş verib. Həmin vaxt bir çox valideynlər övladlarını məktəbdən götürdüyü üçün azyaşlılar da hadisənin şahidi olublar.
Yoldan keçən bir neçə nəfər polisə müraciət edib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri - 32 yaşlı Rikki Tredvell və onun 45 yaşlı yoldaşını həbs ediblər.
Treadvell ictimai əxlaqı pozmaqda və təhdidedici davranışda iki maddə ilə ittiham olunub. Onun yoldaşı əlavə ittiham irəli sürülmədən sərbəst buraxılıb. O, zaminə buraxılaraq iyulun 28-də məhkəmə qarşısına çıxacaq.