Yevgeni Priqojin ətrafında vəziyyət qızışmaqda davam edir. Jurnalistlər deyirlər ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbərinin Rusiya Müdafiə Nazirliyi və Rusiya rəhbərliyini tənqid etməsindən sonra Kreml onun aradan götürlməsini öz üzərinə götürə bilər. Bu, istər-istəməz Ukrayna ilə genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın tanınmış oliqarxların və yüksək rütbəli məmurların çoxlu müəmmalı ölümlərinin qeydə alındığını xatırladır.
Lent.az bildirir ki, bu barədə daha ətraflı “Politico” məlumat yayıb.
“Rusiya prezidenti Vladimir Putini qıcıqlandıran və ya meydan oxuyan təhlükəli oyun tez-tez gurultu və döyülmə ilə başa çatır - ya da bağ evində səliqəli intihar”, - nəşr vurğulayır.
Jurnalistlər istisna etmirlər ki, prezident Putinin ünvanına təhqiramiz ifadələrdən sonra Priqojin “izaholunmaz” şəkildə ölə bilər.
“O, nəhayət, keçən həftə Rusiyada çoxlarının Putin kimi tanıdığı “baba” haqqında ədəbsiz ifadəsi ilə sərhədi keçdi? Ruslar, yəqin ki, daha az səbəblərdən pəncərədən düşdülər", - nəşrin jurnalistləri qeyd edirlər.
Müəlliflər öz məqalələrində Priqojinin hələ də Rusiya hərbi kəşfiyyatı Baş Kəşfiyyat İdarəsininn və ola bilsin, şəxsən prezidentin dəstəyinə malik olduğuna dair digər fikir və fərziyyələri də nəzərdən keçirirlər. Bəziləri hesab edir ki, prezident Priqojinin müəyyən hərəkətlərinə icazə verir ki, o, Rusiyanın ali hərbi rəhbərliyinə qarşı əks qüvvə kimi qalmaqda davam edir.