Böyük Britaniya kralının həyat yoldaşı Kamilla Parker-Boulz keçmiş əri Endryu Parker-Boulzu III Çarlzın tacqoyma mərasiminə dəvət edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, mərasim 2023-cü il mayın 6-da Londonda keçiriləcək.
83 yaşlı Endryu Parker-Boulz Vestminster Abbeyində keçiriləcək mərasimə qatılacaq.
Kamilla və Endryu 1995-ci ildə boşanıblar. Lakin məlumata görə, onlar isti dostluq münasibətlərini saxlayırlar.