Böyük Britaniyanın keçmiş kraliçası 2-ci Elizabetin Sidney əhalisinə məktubu yenidən müzakirə predmeti olub.
Lent.az-ın “Daily Mail”ə istinadla xəbərinə görə, məktub 1986-cı ildə kraliçanın Avstraliyaya səfəri zamanı tərtib edilib. 2-ci Elizabetin öz əli ilə yazdığı və imzaladığı məktub möhürlənərək qapalı şəraitdə mühafizə olunur.
Kraliçanın vəsiyyətinə əsasən məktub 99 il sonra açılmalıdır. Yəni, 2085-ci ilin sonunda Sidney meri məktubu şəxsən açmalıdır.