Vəfat etmiş İngiltərə kraliçası II Yelizavetanın məşhur avtomobili hərracda satılıb.
Lent.az xəbər verir ki, 1968-ci il istehsalı olan “Land Rover” markalı avtomobil 85 min 800 dollara satılıb.
Bildirilir ki, maşın tam orijinaldır və heç vaxt təmir olunmayıb. Sözügedən avtomobilin kraliçanın ən sevdiyi maşınlarından biri olduğu deyilir. O bu günə kimi şəxsi kolleksiyada saxlanılıb.
II Yelizaveta və onun həyat yoldaşı Şahzadə Filipi dünyanın 36 ölkəsinə rəsmi səfər zamanı məhz bu avtomobil müşayiət edib.