Kral ailəsinin  ən sevilən   üzvü odur
13 aprel 2024 17:35 (UTC +04:00)

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqında müsbət fikirdə olduqlarını bildiriblər.

Onun əri Şahzadə Uilyam bu siyahıda ikinci yerdə (73%), mərhum Kraliça II Yelizavetanın yeganə qızı şahzadə Anna üçüncü yerdədir (71%).

Xərçənglə mübarizə aparan İngiltərə kralı III Çarlz isə 63 faizlə dördüncü yerdə qərarlaşıb. Sonrakı yerləri Şahzadə Edvard (54%) və Kraliça Kamilla (50%) tutur.

Bu arada, Şahzadə Harri və həyat yoldaşı Meqan qeyri-populyar olaraq qalırlar: yalnız 31% birinciyə, 26% isə sonuncuya müsbət baxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3719

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26