Kosmosa ucuz uçuşlar: yeni növ raket yanacağı...
12 dekabr 2020 10:42 (UTC +04:00)

Kosmosa ucuz uçuşlar: yeni növ raket yanacağı...

0

“NewRocket” adl startap yeni növ raket yanacağını yaratdığını elan edib. 

Lent.az “technote”a istinadən xəbər verir ki, “PowerGel” adlı yeni gel tərz yanacaq növü effektiv olmaqla yanaşı, həmçinin, digər analoqlardan daha ekolojidir. 

Günümüzdə bir neçə növ raket yanacağı mövcuddur. Hal hazırda raketlər elə inşa edilirlər ki, onlar yalnız tərkiblərində olan yanacaq bitənə kimi çalışırlar. Məsələnin əsl problemi də məhz burdadır. Bəle ki, raketlərin mühərrikləri üçün əsasən yüksək zəhərli yanacaq növlərindən istifadə olunur. Çünki onları uzun müddət ərzində saxlamaq mümkündür.

Buna alternativ olaraq kriogen yanacaq növü çıxış edir. O, zəhərli olmasa da, onu uzun müddət saxlamaq mümkün deyil. Lakin “PowerGel” yeni yanacaq növü bu problemi aradan qaldırıb. 

Bu yanacaq növü öz növbəsində lazım olduğu halda raketin mühərrikinə gedən yanacaq ehtiyatını söndürüb/yandırmaq özəlliyinə sahibdir.

Sözügedən yanacaqla işləyəcək raket uçuş üçün heç də bütün yanacağı istifadə etməyəcək. Bunun üçün yanacağın lazımi miqdarı istifadə ediləcək. “NewRocket” təmsilçiləri hətta özlərinin raket mühərrikini yaratmağı planlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2130

Oxşar yazılar