Rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin planlaşdırılmış vaxtdan bir saat əvvəl kosmik gəmidəndənkənar fəaliyyəti uğurla başa vurublar.
Lent.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Roskosmos”un məlumatında deyilir.
Kosmonavtlar tapşırıqlarını planlaşdırıldığından daha tez yerinə yetirib və stansiyadan kənarda 5 saat 14 dəqiqə vaxt sərf etdilər. İlkin məlumatlara görə, açıq kosmosda fəaliyyət 6 saat 18 dəqiqə davam etməli idi.