Koronavirusun yeni “KENTAVR” novü qonşu ölkədə:   Artıq 5 nəfər...
19 iyul 2022 16:13 (UTC +04:00)

Koronavirusun yeni “KENTAVR” novü qonşu ölkədə: Artıq 5 nəfər...

0

Rusiyada “Omicron”un yeni subvariantı olan “kentavr”a yoluxma qeydə alınıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq sözügedən virus 5 nəfərdə aşkar edilib.

Bildirilir ki, bütün yoluxanlarda xəstəlik yüngül formada keçir. Xəstəxanaya yerləşdirilən yoxdur.

Xatırladaq ki, iyulun 13-də Hollandiyanın Milli Sağlamlıq İnstitutu ölkədə “omicron” BA.2.75 koronavirus ştammının “kentavr” adlı yeni alt növünün aşkar edildiyini elan edib. 

Əvvəllər bu mutasiya Hindistanda və bir sıra başqa ölkələrdə, o cümlədən Avstraliya, Almaniya, Böyük Britaniya, ABŞ və Kanadada tapılmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3840

Oxşar yazılar