Köpək balığı dənizdə üzən turisti öldürdü
03 iyul 2022 07:58 (UTC +04:00)

Köpək balığı dənizdə üzən turisti öldürdü

Misir Şarm Əl-Şeyx  sahillərində köpək balığı bir turistə hücum edib.

Lent.az Lenta.ru saytına istinadən xəbər verir ki, 68 yaşlı Avstraliya vətəndaşı dənizdə üzərkən heyvanın hücumuna məruz qalıb.

Qolunu və ayağını itirən qadın həkimlərin səyinə baxmayaraq ölüb.

Qırmızı dənizdə 44 növ köpək balığının ən təhlükəli növü kimi göstərilən boz köpəkbalığının hücumuna məruz qalan qadının sahilə üzmək istədiyi anlar kameraya əks olunub.

Köpək balığının hücumundan sonra dəniz qırmızıya çevrildiyi üçün səlahiyyətlilər ətrafdakı çimərlikləri üç gün müddətinə bağladıqlarını açıqlayıb.
 

# 2565
avatar

Oxşar yazılar