Konstantinopol Patriarxı Varfolomey
24 oktyabr 2021 20:21 (UTC +04:00)

Konstantinopol Patriarxı Varfolomey

Konstantinopol Patriarxı ABŞ-da xəstəxanaya düşdü - SƏBƏB

ABŞ-da səfərdə olan Konstantinopol Patriarxı Varfolomey Corc Vaşinqton Universitetinin xəstəxanasına yerləşdirilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, patriarx uzun yol qət etdiyindən özünü pis hiss edib və həkimin məsləhəti ilə xəstəxanaya aparılıb.

ABŞ-dakı Yunan Pravoslav Arxyepiskopluğundan bildirilib ki, həkimi ona istirahət etməyi tövsiyə edib.

Qeyd edək ki, Varfolomey şənbə günü ABŞ-a son 12 ildə ilk dəfə 12 günlük səfərə gəlib.

Səfərin ilk günü Yunanıstanın ABŞ-dakı səfiri ilə şam yeməyinə qatılıb.
 

# 3192
avatar

Oxşar yazılar