Cənubi Afrikada üç kilometr hündürlükdə uçan təyyarə təcili eniş etməli olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, buna səbəb göyərtəsində dörd sərnişinin olduğu şəxsi təyyarə pilotu 30 yaşlı Rudolf Erasmusun köynəyinin altında sürünən kobra olub. Özünü itirməyən pilot təcili enişin edilməli olduğunu bildirdi.
Pilot təyyarəni sağ-salamat endirməyi bacarıb və kobra insanları dişləmədən sürünərək təyyarədən çıxıb.