Kiyevi ələ keçirmək Rusiyanın əsas məqsədidir - Britaniya kəşfiyyatı
26 fevral 2022 22:30 (UTC +04:00)

Kiyevi ələ keçirmək Rusiyanın əsas məqsədidir - Britaniya kəşfiyyatı

Ağır logistika problemləri və ukraynalıların güclü müqaviməti səbəbi ilə Rusiyanın hücumunun sürəti azalıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Mazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas hərbi məqsədi olaraq qalır.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Rusiya Ordusu əhalinin məskunlaşdığı əsas mərkəzlərdən yan keçərək onların mühasirəyə alınaraq təcrid edilməsi məqsədi ilə geridə hərbi qüvvələr qoyur.

"Kiyevdə gecə baş verəcək döyüşlərdə əvvəlcədən mövqeləndirilmiş məhdud sayda Rusiya təxribat qruplarının da iştirak edəcəyi ehtimal edilir", - deyə əlavə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Oxşar yazılar