Kiyevdə ticarət mərkəzi atəşə tutulub.
Lent.az UNİAN-a istinadən xəbər verir ki, paytaxtın Podolski rayonunun atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kiyev şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə yerinə 11 yanğınsöndürmə texnikası və 63 canlı qüvvə cəlb olunub.