Kiyevdə komendant saatı fevralın 26-sı saat 17.00-dan fevralın 28-i saat 08.00-dək tətbiq ediləcək.
Lent.az xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.
O bildirib ki, paytaxtın daha effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün bu gündən komendant saatı tətbiq olunacaq:
"Komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri sayılacaq: “Sizdən xahiş edirəm ki, vəziyyətə anlayışla yanaşasınız və küçələrə çıxmayasınız”.
Qeyd edək ki, daha öncə Kiyevdə komendant saatı fevralın 24-ü saat 22.00-dan 07.00-dək davam edib.