Bir qədər əvvəl səhər Kiyevin bir neçə rayonu bombalanıb.
Kiyevdə yaşayan jurnalist İdrak Camalbəylinin Lent.az-a verdiyi məlumata görə, yaşayış evlərinə ciddi ziyan dəyib:
“Kiyevin ucqarlarında yerləşən Obolon və Darnitsa rayonlarının yaşayış evlərinə ciddi ziyan dəyib. Ölən və yaralananlar var”.
Həmkarımızın dediyinə görə, Ukrayna hərbçilərinin formasını geyinmiş rus diversantlar Obolonda məhv edilib.
Onun sözlərinə görə, əhalinin bir hissəsi metro stansiyalarına və sığınacaqlara yerləşdirilib.
“Əhali arasında təşviş olsa da, bu da təbiidir, amma xüsusi panika yoxdur”, - deyə o bildirib.