Hindistanda kişi onunla evlənmə istəməyən 19 yaşlı qızı yandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, Ankita Kumari adlı qızı təqib edərək, onun otağına girib. Yatarkən onun üzərinə kerosin tökərək yandırıb.
“Çərşənbə axşamı səhər belimdə ağrı hiss etdim və yanıq iyi gəldi. Gözlərimi açıb qaçdığını gördüm. Ağrıdan qışqırıb atamın otağına getdim. Valideynlərim atəşi söndürərək məni xəstəxanaya apardılar”, - Kumari bildirib.
Polis zərərçəkmişi xəstəxanada dindirib. Məlum olub ki, onu yandıran kişi uzun müddət və vəsvəsə ilə onu təqib edib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Kumari ağır yanıqlardan xəstəxanada ölüb. Qətli törədən şəxs və onun kerosin aldığı şəriki artıq saxlanılıb.
Cinayətkar polis idarəsində ifadə verərkən gülüb. Onun bu fotosu isə ictimaiyyəti qəzəbləndirib.