Kim Çen In onlara vəzifə verdi
11 iyun 2022 06:08 (UTC +04:00)

Kim Çen In onlara vəzifə verdi

Koreya Xalq Demokratik Respublikasının hakim partiyası olan Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin səkkizinci çağırış plenumu keçirilib.

APA xəbər verir ki, bu barədə “Rodong Sinmun” qəzeti məlumat yayıb.

Görüşdə yeni xarici işlər nazirini, eləcə də Koreya Xalq Ordusunun (KPA) Baş Qərargah rəisi təyin edib.

Xarici işlər naziri Li Sonq-qvonun yerinə Çoi Sung-hae təyin edilib.

Pak Çonq-çonisə isə Ri Tae-sopun yerinə Koreya Xalq Ordusuna Baş Qərargah rəisi olub.

Qəzet kadr dəyişikliyinin səbəbləri barədə məlumat vermir. Plenumun yekunu olaraq Koreya Fəhlə Partiyasının mərkəzi aparatında, müxtəlif komitələrdə və ordu strukturlarında digər dəyişikliklərlə bağlı bir sıra qərarlar qəbul edilib.

Cümə axşamı Mərkəzi Komitənin beşinci genişləndirilmiş plenar iclası keçirilib. Görüşdə ölkə lideri Kim Çen In iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar