Konqo Demokratik Respublikasının şərqində kəndə silahlı hücum edilib, azı 21 nəfər öldürülüb.
Lent.az “Reuters”ə istinadla xəbər verir ki, yerli vətəndaş cəmiyyətinin lideri Patrik Mukohenin məlumatına görə, üsyançı Müttəfiq Demokratik Qüvvələr cümə günü axşam saat 4 radələrində Enebula kəndi yaxınlığında fermerlərə pusqu qurub. Hadisə yerində kişi və qadınlara məxsus olan 21 cəsəd aşkarlanıb.
Bölgə üzrə hərbi inzibatçı Ehuta Omeanqa silahlı hücumu təsdiqləyib.
Qeyd edək ki, İŞİD terror təşkilatına bağlı olan Müttəfiq Demokratik Qüvvələr 1990-cı illərdən Konqo Demokratik Respublikasının şərqində möhkəmlənib və o vaxtdan bəri minlərlə dinc sakini qətlə yetirib.