Keçmiş prezident  polislərə atəş açdı
29 oktyabr 2024 17:36 (UTC +04:00)

Keçmiş prezident polislərə atəş açdı

Boliviyanın keçmiş prezidenti Evo Morales polisə atəş açmaqda təqsirləndirilir.

Lent.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Eduardo Del Kastilyo açıqlamasında bildirib.

Onun sözlərinə görə, Villa Tunari şəhəri yaxınlığında polis Moralesin sürücüsündən avtomobili saxlamağı xahiş edib. Maşın dayanmaq əvəzinə sürətlənib və sərnişinlər polis zabitlərinə atəş açıblar.

O, həmçinin əlavə edib ki, polis Boliviyanın keçmiş liderini saxlaya bilməyib və o, qaçmağı bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar