Keçmiş İran şahının oğlu Rza Pəhləvi Holokost qurbanlarının anım gününü qeyd etmək üçün İsrailə səfər etmək niyyətindədir.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu barədə “Twitter”də məlumat verib.
Onun sözlərinə görə, İsrailə aşağıdakı məqsədlərlə səfər edir:
• İran xalqından dostluq mesajını çatdırmaq;
• Rejimin İranın təbii sərvətlərindən sui-istifadəsi ilə necə məşğul olacağına dair İsrail su ekspertlərini cəlb etmək;
• Yom ha-Şoah-da Holokost qurbanlarını anmaq.
"Mən istəyirəm ki, İsrail xalqı bilsin ki, İslam Respublikası İran xalqını təmsil etmir. Xalqlarımız arasındakı qədim əlaqə hər iki millətin xeyrinə canlandırıla bilər. Bu parlaq gələcəyin qurulmasında rol oynamaq üçün İsrailə gedirəm", - Pəhləvi deyib.
Sürgündəki vəliəhd və İranda dünyəvi demokratiyanın tərəfdarı qarşılıqlı faydalı iqtisadi, mədəni və ekoloji imkanları araşdırmaq niyyətindədir. Səfər çərçivəsində o, təkcə su və kənd təsərrüfatı resursları üzrə ekspertlərlə deyil, həm də hökumətin yüksək vəzifəli şəxsləri və İran diasporunun nümayəndələri ilə görüşlər keçirəcək.
Bundan əlavə, o, söz və din azadlığını tərənnüm edən, insan haqlarını müdafiə edən, təbii sərvətlərini qoruyan, sərvətlərini Hizbullah, Həmas və İslami qruplaşmalara deyil, İran xalqına yatıran İran demokratiyasına baxışını əks etdirən çıxış edəcək.
Qeyd edək ki, Rza Pəhləvi 1925-1941-ci illərdə Pəhləvi sülaləsindən dördüncü İran şahı olmuş Rza şah Pəhləvinin eyniadlı oğludur.