Keçmiş futbolçu malikanəsini 3,7 milyona satdı  - FOTO
06 sentyabr 2022 03:53 (UTC +04:00)

Keçmiş futbolçu malikanəsini 3,7 milyona satdı - FOTO

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi ailəvi malikanəsini satıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 5 yataq otağına malik “Wayne’s World”un satışı 3,7 milyon funt sterlinqə gerçəkləşib.

Malikanənin yeni sahibinin adı açıqlanmır. Runi Çeşir qraflığının Prestberi adlanan ərazisindəki malikanəni 2005-ci ildə 1,5 milyona alıb. Ötən əsrin 30-cu illərindən qalma evi tamamilə sökən Runilər ailəsi yeni malikanə tikdirib. Ərazidə hovuz, trenajor zalı, kinoteatr və mini futbol meydançamı da var.

Qeyd edək ki, Runi hazırda MLS təmsilçisi “Di Si Yunayted”in baş məşqçisidir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar