Tayvanın şimalındakı Sinbey şəhərinin səhiyyə orqanları karantini pozduğuna görə 18 yaşlı oğlana rekord yüksək məbləğdə cərimə kəsib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onun ailəsi 1,5 milyon Tayvan dolları (51,5 min dollar) ödəməli olacaq.
Koronavirusa yoluxan yeniyetmə 10 günlük ev karantin rejimini pozub. Həftə sonu o, dostları ilə basketbol oynamağa və həmçinin COVID-19-da yoluxmuş sevgilisinə hədiyyə almağa gedib.
Əvvəlcə gənc evdən çıxdığını inkar etməyə çalışıb. Bununla belə, polis və həkimlər sübut kimi onun sosial şəbəkələrdə yayımlanan “macəraları”nın fotolarını göstəriblər. Bu qeydlərin skrinşotları Internet istifadəçilərindən biri tərəfindən səlahiyyətli orqanlara göndərilib.
Məlum olub ki, gənc COVID-19 xəstələrinin yerinin izlənilməsi proqramını aldatmaq üçün qəsdən telefonunu evdə qoyub. O, şəkil çəkmək üçün başqa smartfondan istifadə edib.
Hazırkı cərimə pandemiyanın başlanğıcından bəri adada rekorda çevrilib.