Kanada Ukraynaya növbəti partiya silah göndərib.
Lent.az-ın UNIAN-a istinadla xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov Deysbuk hesabında yazıb.
Nazir bildirib ki, hərbi yardım snayper tüfənglərindən, optik nişangahlardan, gecə görmə cihazlarından və digər vacib hərbi ləvazimatdan ibarətdir.
Nazir yardıma görə kanadalı həmkarına təşəkkür edib.