Kamala Harrisin namizədliyi ləğv oluna bilər - BU SƏNƏDƏ GÖRƏ
22 avqust 2024 12:24 (UTC +04:00)

Kamala Harrisin namizədliyi ləğv oluna bilər - BU SƏNƏDƏ GÖRƏ

ABŞ prezidentliyinə namizəd Kamala Harrisin doğum haqqında şəhadətnaməsi internetə sızdırılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sənəddə yazılana görə, siyasətçi Yamaykada anadan olub. Əgər bu məlumat etibarlıdırsa, o zaman Kamala Harris dövlət başçısı postuna seçkilərdə iştirak edə bilməyəcək. Çünki ABŞ qanunlarına görə, prezident ya ölkədə doğulmalı, ya da valideynləri Amerika vətəndaşlığına malik olmalıdır.

Bildirilir ki, sənəd Harrisin atasının yaşadığı Yamaykada yerləşən xəstəxanada tapılıb. Rəsmi tərcümeyi-halına görə, Kamala Harris Kaliforniyanın Oklend şəhərində anadan olub. İctimai qeydlərdə onun anasının Hindistanda doğulduğu, atası Donald J. Harrisin isə yamaykalı olduğu bildirilir. 1961-ci ildə Kaliforniya Universitetində aspiranturada işləmək üçün Britaniya Yamaykasından ABŞ-a köçüb və 1966-cı ildə iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb. Harrisin atası və anası afroamerikalıların tələbə klubunda tanış olublar.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrına təyin edilib. Hazırki dövlət başçısı Co Bayden seçki yarışında iştirakdan imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654
avatar

Oxşar yazılar